29 sentyabr 2022 10:45
1253

"Qala" ağır atletika klubunun açılışı olub - FOTO

Milli Məclisin deputatı Anar Məmmədov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Kənd Təsərrüfatı naziri, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti Azər Əliyev, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birgə Goranboy Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən “Qala” ağır atletika üzrə çoxnövlü idman klubunda yaradılan şəraitlə və ağır atletika növünün inkişafının vəziyyəti ilə yerində tanış olublar.

“İki sahil” xəbər verir ki, açılışı olan “Qala” ağır atletika idman klubunda regionlarda idmanın inkişafına dəstək məqsədilə rayonun yeniyetmə və gənc atletləri, həmçinin digər yaşlardan olan insanlar həm peşəkar, həm də həvəskar idmanla məşğul olmaq imkanına malikdirlər.

Klubun açılış mərasimində qonaqların canlı izlədikləri məşq prosesi marağa səbəb olub. Onlar qeyd edib ki, Azərbaycanda ağır atletika böyük inkişaf mərhələsindədir və bunda ölkə rəhbərliyinin həyata keçirdiyi idman siyasəti böyük rol oynayır.

Sonda xatirə şəkilləri çəkilib.