29 sentyabr 2022 13:28
254

Ukraynada yük maşını ilə avtobus toqquşub, 17 nəfər yaralanıb

Ukraynada baş vermiş yol qəzasında 17 nəfər xəsarət alıb.

"İki sahil" “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Odessa Milli Polisinin Baş İdarəsi məlumat yayıb.

Məlumata əsasən, bu gün səhər saat 07:30 radələrində Vizirka kəndi ilə Novıye Belyarı qəsəbəsi arasında yük avtomobili ilə sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 17 nəfər xəsarət alıb.

Avtobusda 45 sərnişin olub.

Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.