29 sentyabr 2022 16:10
259

"Baktelekom" fiber-optik şəbəkə ilə bağlı kollektiv müraciət aləti yaradıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) fiber-optik (GPON) şəbəkənin mövcud olmadığı ərazilərdə yaşayan internet istifadəçiləri üçün kollektiv müraciət aləti yaradıb.

“İki sahil” bu barədə şirkətə istinadən xəbər verir.

Belə ki, vətəndaşın yaşadığı ərazidə fiber-optik internetə qoşulmaq istəyən ən azı 10 ev varsa, qeydiyyatdan keçmək mümkündür.