29 sentyabr 2022 17:46
294

Rusiyanın beynəlxalq ehtiyatları 8 milyard dollar azalıb

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 1,4% (və ya 8 mlrd. ABŞ dolları) azalaraq 23 sentyabr 2022-ci il tarixinə 549,7 mlrd. dollar təşkil edib.

Bu barədə “İki sahil” Rusiya Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 16 sentyabr 2022-ci il tarixinə Rusiyanın beynəlxalq ehtiyatları 557,7 mlrd. dollar təşkil edirdi.

Qeyd edək ki, Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardan, xüsusi borclanma hüququndan, BVF-də ehtiyat mövqeyindən və qızıldan ibarətdir.