29 sentyabr 2022 20:52
368

Akar Ukraynanın infrastruktur naziri ilə telefon danışığı aparıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki,  bu barədə nazirlikdən bildirilib.

Danışıq zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, H.Akar İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən məmnunluğunu ifadə edib.