Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Abşeron Regional Meşə Tingliyi və Toxumçuluğu Mərkəzi ləğv olunduğunu elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Qumyataq gölü ərazi̇si ünvanına bildirə bilərlər.