01 dekabr 2022 18:03
418

AQTA 16 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub.

AQTA-dan "İki sahil"ə verilən məlumata görə, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 12, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.