04 dekabr 2022 17:05
459

DÇ-2022: İngiltərə millisinin üzvlərinə 450 min funt sterlinq mükafat veriləcək?

İngiltərə millisi DÇ-2022-nin qalibi olacağıq təqdirdə, yığmanın hər bir futbolçusu 400-450 min funt sterlinq mükafat alacaq.

"İki sahil" xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Bildirilib ki, İngiltərə millisinin futbolçuları mundialda hər növbəti mərhələyə yüksəldiklərinə görə bonuslar almaq hüququna da malikdirlər.

Qeyd edək ki, İngiltərə bu gün DÇ-2022 -nin 1/8 finalında Seneqalla qarşılaşacaq  Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.