28 yanvar 2023 11:00
287

Dörd karateçimiz Premyer Liqada bürünc medal uğrunda görüşə çıxacaq

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.

“İki sahil” xəbər verir ki, turnirin ilk günü 4 idmançımız gücünü sınayıb. Belə ki, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) yanvarın 29-da bürünc medal uğrunda mübarizə aparacaqlar.

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir.