28 yanvar 2023 12:52
287

Sabah magistral avtomobil yollarının bəzi yerlərində duman ola bilər

Yanvarın 29-da ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə verilən məlumata görə, gecə və səhər saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı ehtimalı var.