02 fevral 2023 12:05
4762

Macarıstanla münasibətlərimiz keyfiyyətcə yeni məzmun kəsb edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri və Macarıstanla Azərbaycan arasında “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli əməkdaşlığı daha da dərinləşdiəcək və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə əsirgəməyəcəyini bir daha sübut etdi.

Bu səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə” ilə Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətləri daha da genişləndi və demək olar bütün sahələri əhatə etməyə hüquqi zəmin yaratdı. Bu sənədin imzalanması ilə Avropa İttifaqı və NATO üzvü olan Macarıstanla münasibətlərimiz tamamilə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayacaq.

Hər iki dövlətin liderlərinin həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həm Macarıstanın Baş Naziri Viktor Orbanın mətbuat üçün bəyanatlarında da qeyd olunduğu kimi bizim enerji sahəsində əlaqələrimiz çox sürətlə inkişaf edir: “Bu gün Azərbaycan Avropanın enerji ilə təminatında çox mühüm rol oynayır. Rusiya-Ukrayna müharibəsi bu rolu daha da gücləndirmiş oldu. Azərbaycana Avropa İttifaqında yeni alternativ enerj mənbəyi kimi baxırlar. Azərbaycan Avropa İttifaqının hər bir dövləti üçün arzu olunan dövlətdir. Macarıstanla isə münasibətlərimizin tarixi kökləri var. Eyni zamanda hər iki dövləti liderlərinin dostluq əlaqələri bağlayır. Viktor Orban qeyd etdi ki, Azərbaycan Prezidentinin idarəçilik təcrübəsindən çox şey öyrənir.

Cənab Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və əməkdaşlığın yaxşı potensialı var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik.

Budapeştdə Azərbaycan-Macarıstan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış Bəyannamə, eləcə də təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu, kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, ticarət sahəsində əməkdaşlıq haqqında Protokol, miqrasiya və kənd təssərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları iki ölkə arasında münasibətlərinin inkişafında yeni bir mərhələnin başlamasını və mövcud əlaqələrin daha da inkişaf edəcəyini sübut edir.

Toğrul Əliyev,
"Qeyd" İB, Sosial tədbirlər şöbəsinin sədr müavini,
“Cəmiyyətin və Medianın inkişafı” İB İdarə heyətinin üzvü