04 fevral 2023 14:41
323

Azərbaycan və Bolqarıstan arasında qaz tədarüklərinin şəxaləndirilməsi müzakirə olunub

Azərbaycan energetika naziri Pərviz Şahbazov və Bolqarıstanın energetika naziri Rosen Xristov görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.

"Görüşdə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik.Ötən il Bolqarıstana qaz ixracımız 600 mln.m3 olub", - deyə paylaşımda bildirilib.