14 fevral 2023 09:32
281

Hacıqabul və Qaradağda suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlər 1-ci Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.