16 fevral 2023 11:02
367

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir

"Ötən ilin dekabrından elm sahələrimizin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb".

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi "Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda deyib.

O bildirib ki, elm və təhsil sahəsi 2 milyondan artıq şəxsi əhatə edir: "Yaxın zamanda Nazirliyin tabeliyindəki elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir".

Nazir müşaviri qeyd edib ki, media və sosial media günü-gündən inşaf edir: "Ona görə müəssisələrimizin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Ötən il 10-a yaxın belə tədbir keçirmişik".