29 mart 2023 16:23
200

69 il sonra gələn qələbə

Almaniya millisinə qarşı yoxlama oyunu Belçika yığması üçün əlamətdar olub.

“İki sahil” xəbər verir ki, Belçika rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Bu, sözügedən komandanın 69 il sonra Almaniya üzərində ilk qələbəsidir. Onlar bu yığmanı son dəfə 1954-cü ildə məğlub ediblər.

Qeyd edək ki, Belçika Azərbaycan millisini Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindəndir. Yığmamızın Belçika ilə matçı  4-cü turda, setyabrın 9-da Bakıda keçiriləcək.