29 mart 2023 17:33
270

Mourinyonun "Roma" qərarı

Joze Mourinyo daha bir mövsüm "Roma"da qalacaq. 

"İki sahil" “Corriere dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis beynəlxalq fasilə zamanı digər ölkələrin klublarının ona marağına baxmayaraq, 2024-cü ilin iyununa qədər İtaliya klubunda qalmağa qərar verib. 

Qeyd edək ki, Mourinyo 2021-ci ilin yayından "Roma"nı çalışdırır. Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatır.