30 mart 2023 10:33
379

"Milan" Jiru ilə yeni müqavilə imzaladı

"Milan" futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.

"İki sahil" "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb. O, ilinə 3,8 milyon avro maaş və bonuslar alacaq.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm İtaliya A seriyasında 24 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.

Xatırladaq ki, Jirunun bundan əvvəlki müqaviləsi bu ilin iyununda başa çatırdı.