Sabah Ramazan ayının 23-cü günüdür.
“İki sahil” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.
İmsak duası:
“İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!”
İftar duası:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul eləsin!