02 iyun 2023 10:01
639

“Sevincin inciləri” qanun çalanlar ansamblının konserti keçirilib FOTO

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Akademik Musiqili Dram Teatrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Naxçıvan Dövlət Universitetinin “Sevincin inciləri” qanunçalanlar ansamblının konserti keçirilib.

Konsert proqramıNaxçıvan Dövlət Universiteti Konservatoriyasıvə Naxçıvan Musiqi Kollecinin birgətəşkilatçılığı ilə təşkil edilib.

Bədii rəhbəri Naxçıvan Dövlət Universitetinin müəllimi, Prezident mükafatçısı, Azərbaycan Respublikası birincisi və Amerika Beynəlxalq müsabiqələrinin Qran-Pri mükafatçısı Sevinc Babayeva “Sevincin inciləri” qanun çalanlar ansanbılının iştirakı ilə baş tutan konsertəfortepianoda Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, sintezatorda Sadiq Hüseynov, Ziya Fətullayev, zərb alətlərində universitetin İncəsənət fakültəsinin tələbələri Nəcəf Hacılı, Munis Əliyev, bədii rəhbəri Aytəkin Mustafayeva olan Naxçıvan Musiqi Kollecinin vokal qrupu, rəhbər xoreoqrafı Ramil Bağırov olan rəqs dueti konsertdə ansanbılı müşaiyət ediblər.

Qeyd edək ki, konsert proqramında ifa olunan Cavanşir Quliyevin “Əsgər marşı”, Eduardo di Capua “O Sole Mio”, Dadaş Dadaşovun “Skertso”, Antoli Novikovun “Smuqlyanka”, Süleyman Ələsgərovun “Şalaxo”, Matvey Blanter “Katyuşa” və sair bir çox musiqi nömrələri musiqi sevərlər tərəfindən alqışla qarşılanıb.

Məlumat üçün bildirim ki, konsertə davət olunanlar sırasında məndə var idim. Keçirdiyim bir neçə dəqiqələr məndə xoş təəssürat yaratdı. İlk dəfə iştirak etdiyim konsertdə tanış olduğum konsertin bədii rəhbəri Sevinc Babayevanın respublikamızın bacarıqlı, istedadlı gənclərindən biri olması ilə aldığım məlumatı oxucularımlada bölüşməyi özümə borc bildim.

Babayeva Sevinc Məmmədəli qızı 1992-ci ildə Naxçıvan şəhərində musiqiçi ailəsində anadan olub.O, 2002-ci ildə Ərtoğrul Cavid adına Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə “qanun” sinfinə qəbul olub. Hələ II sinifdə oxuyarkən, 2003-cü ildə NMR-nın uşaq musiqi, incəsənət və bəsii sənətkarlıq məktəbləri arasında keçirilən muxtar respublika müsabiqəsində I yerə və “İlin ən yaxşı ifaçısı” adına layiq görülüb. 2003-cü ildə ilk dəfə 11 yaşında Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri ilə dahi bəstəkar Süleyman Ələsgərovun qanun üçün yazdığı “Poema”sını  ifa edərək mütəxəssislərin diqqətini cəlb edib. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında Baxış müsabiqəsində “I dərəcəli” diploma, 2005-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 82-ci ildönümünə həsr olunan Respublika uşaq musiqi məktəblərinin müsabiqəsində “I dərəcəli” diploma layiq görülüb. 2006, 2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında keçirilən müsabiqələrdə “I dərəcəli” diplomlara layiq görülüb.

2007-ci ildə Naxçıvan Musiqi Kollecinin qanun sinfinə qəbul olub. Sevinc kollecdə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayevanın sinfində dərs alaraq “qanun” üzrə musiqi təhsilini davam etdirməyə başlayır.

 2008-ci ildə Bakı şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş musiqi kolleci tələbələri arasında keçirilən Gənc ifaçıların I Respublika müsabiqəsində Sevinc Babayeva 721 ifaçı arasından “Qran Pri” mükafatına layiq görülüb.

2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində “Musiqi tənqidi” ixtisası üzrə təhsilini davam etdirib və 2018-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurub.

2019-cu ildə Bakı şəhərində kerçirilən “Testene Art Baku” III beynəlxalq müsabiqəyə qatılır və bu müsabiqədə “I dərəcəli diploma” layiq görülür. Sevinc xanım eyni zamanda Ərtoğrul Cavid adına Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 12 illik pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi onlarla yetirməsi Respublikada keçirilən müsabiqələrdə I və II dərəcəli diplomlara layiq görülüblər. 

Sevinc Babayeva eyni zamanda elmi fəaliyyətlə də məşğuldur, belə ki, o, bir neçə elmi məqalə və Məhəbbət Babayeva ilə həmmüəlifi olduğu “Rus musiqi ədəbiyyatı” adlı 2 dərs vəsaitinin müəllifidir. Mədəniyyət və təhsil sahəsində göstərdiyi xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilən Sevinc Babayeva, 7 may 2021-ci ildə Prezident mükafatına layiq görülüb.

Sevinc xanım ifaçılıq fəaliyyəti ilə bərabər, Naxçıvan Dövlət Universitetində pedaqoji fəliyyətini də davam etdirir.

Səriyyə Salahova, 
Culfa Rayon Mədəniyyət Sarayının direktoru