07 iyun 2023 16:57
500

Baş nazir Əli Əsədov Soçiyə işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfərə gəlib.

“İki sahil” Nazirlər Kabinetindən verilən məlumata istinadən xəbər verir ki, Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.