Biz ölkələrimizin sərhədlərinin mühafizəsinə daha da diqqət yetirməli və bunu səmərəli etməliyik.
“İki sahil” xəbər verir ki, bunu MDB Baş katibi Sergey Lebedev Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (MDB SQKS) 86-ci iclasında çıxışı zamanı deyib.
Lebedev qeyd edib ki, sülhməramlı səylər öz məqsədinə çatmır. Onun sözlərinə görə, dünyanın bir çox regionlarında ölkələrin sərhədlərində təhlükələr var.
“Bu gün biz MDB-nin sərhəd qoşunları çərçivəsində 2026-2030-cu illər üçün gələcək fəaliyyət planını işləyib hazırlayacağıq”, - o qeyd edib.
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər