Milli Məclis “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”i ratifikasiya edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.
Komitədə “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında” qanun layihəsini də müzakirə olunub.
Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər