Hazırda müxtəlif geyimləri əldə etmək heç də çətin deyil. Klassik, idman üslubunda və yaxud dizayner geyimləri demək olar ki, hər yerdə mövcuddur. Bu yazıda müxtəlif geyimlər haqqında topladığımız məlumatları sizinlə bölüşmək istəyirik.
Heç bilirdinizmi ki, hazırda geyim dediyimiz paltarların prototipi qədim misirlilərin milli paltarlarıdır? Kələziris adlı bu geyimin qolları yerə qədər uzanırdı.
Sən demə, orta əsrlərdə hamilə qadın dəb ikonası kimi təqdim olunurdu. Hətta o, zamanlar bir çoxları belə görünmək üçün paltarlarının altına bilərəkdən yastıq qoyurdular.
Mavi cins şalvarların tarixi 19-cu əsrə gedib çıxır. Onları gənc immiqrant Levi Strauss ixtira etmişdi. Gənc bu geyim növünü əsasən açıq havada işləyən insanlar hazırlamışdı. Cinslər əsasən keçən əsrin ortalarından sonra dəbə düşdü.
Odri Hepburnun ən məşhur qadın dizayneri haqqında çəkildiyi film zamanı geyindiyi paltar sonradan hərracda satılmışdı. 2006-cı ildə satılan bu patarı alan şəxs 800 min dollardan çox pul ödəmişdi. Paltarının satışından əldə edilən məbləğ isə xeyriyyə fondunun hesabına köçürülmüşdü.
Dünyanın ən bahalı qadın paltarının qiyməti 12 milyon ABŞ dolları olub. Bu rekord bu günə qədər yenilənməyib. Unikal geyimi məşhur Amerika dizayneri Rene Strauss hazırlayıb. Həmin geyim qeyri-adi kəsimi olan yüzlərlə brilyant daşla bəzədilib.
Bir çox qadınların ən sevimli geyimlərindən biri də məhz mini ətəkdir. Bu geyim bütün dövrlərdə mənfi tərəfləri ilə qınağa səbəb olsa da, hər zaman dəbdə olub. Bu gün də cəmiyyətimizdə mini ətəyə yanaşma birmənalı deyil. Sən demə, mini ətəyin çox maraqlı yaranma tarixi var. Belə ki, 1959-cu ilin yanvar ayında gənc ingilis dizayneri Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlir. Bir dəfə o, rəfiqəsinin qısa köhnə ətəkdə yeri döşəməni sildiyini görüb və ağlına belə bir fikir gəlib. O, bu cür ətəyi öz kolleksiyasına daxil edir. Həmin vaxtdan etibarən podiumlarda yeni bir tendensiya yaranıb və qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıblar. Bu kolleksiyanın buraxıldığı ildə 200 mindən çox ətək satılıb. Kuant bu uğura sadə izahat verib: “Mən aşıq-saçıqlığı çox sevirəm. Ona görə də mənim kimi düşünən milyonlarla qadın mənim bu ideyamı çox xoşladı." O,həmçinin qeyd edib ki, mini ətəyin yaranması qadınların obrazına ikiqat cazibədarlıq qatıb.
Xatırladaq ki, mini yubkaların daha populyar olmasında fransız dizayner Andre Kurregesin də böyük rolu olub. İlk dəfə mini yubkalar 1965-ci ildə yaz-yay kolleksiyasında nümayiş olunub.
2013-ci ildə ABŞ-nın dünyaca məşhur müğənnisi Tina Törnerin 73 yaşında ərə getməsi Qərb mediasının müzakirə mövzusu olub. Müğənni 57 yaşlı sevgilisi Ervin Bahla ötən həftə sonu İsveçrədə təntənəli toy mərasimi təşkil ediblər. Mərasimin baş tutduğu məkan 70 min qızılgül, bəyaz pərdələr və gül ləçəkləri ilə bəzədilib. Bu cür toy etmək Tina Törnerin uşaqlıq arzusu olub. Müğənninin gəlinliyi xüsusi diqqət çəkib. Onun əynində "Armani"dən qara rəngli, üzəri zümrüdlə bəzədilmiş gəlinlik olub.
Öz toyunda qarlı ağ paltar geyən ilk Avropalı qadın Kraliça Margo idi. 1872-ci il avqustun 15-də o, ağ paltarda təəccüblə onu izləyən qonaqların qarşısına çıxdı. Məhz o, vaxtdan etibarən ilk dəfə evlənmiş qızlar ağ paltar geyinməyə başladılar. Ağ toy geyimləri üçün moda 18-ci əsrə qədər davam etdi. Daha sonra populyarlıq yenə rəngli paltarlar əldə etdi. Ağ rəngli ağ satin paltarı dəbə 1840-ci ildə Kraliça Viktoraya qaytarır.
Dünyada ilk qısa gəlinlik əfsanəvi Coco Chanel tərəfindən ictimaiyyətə təqdim edildi. Bu obraz dəbdə bir inqilab yaratdı.
Müsəlman qadınlar üçün “ Abay” adlı geyim məşhur inglis modelyeri Debbi Vingham hazırlayıb. Dubayda yerləşən elit otellərin birində təqdim olunan həmin geyimin qiyməti təxminən 17,7 milyon dollar olub. Gözəl qara kətan geyimin üzəri qızıl saplarla naxışlanmış və 2000 brilyantla bəzədilmişdir.Həmçinin paltarın yaradılmasında ağ, qara və ən nadir bahalı qırmızı brilyantlardan istifadə edilmişdir.
Dünyada ən bahalı çimərlik geyimin qiyməti təxminən 30 milyon dollardır.Bu çimərlik geyimin dizaynı Syuzan Rozena və məşhur “ Steimentz Diamonds” şirkətinə aiddir. Platin rəngdə olan bu bikini 150 karat olan brilyant daşlar ilə bəzədilmişdi.
Dizayner geyimlərinin populyarlığının artması ilə geyimlər hətta müxtəlif məişət materiallarından belə hazırlanmağa başladı. Məsələn, şəkər, çay paketləri, dəftərxana ləvazimatları, saqqız, helium şarları, kompüter kartları, əsl şokolad, tortlar, kazino çipləri, draje paketləri, adi kağız, qırıq qablar, təzə çiçəklər və hətta idman avtomobilinin şinlərindən hazırlanan bu geyimlər müxtəlif auksionlarda qeyri-adi geyimlərə ütünlük verən insanlar tərəfindən alınıb.
Samirə Tağıyeva, “İki sahil”