01 oktyabr 2025 15:16
87

"Audi" elektriklə işləyən velosiped istehsal edib

"Audi" şirkəti İtaliyanın "Fantic" şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış ikinci nəsil eMTB elektrik velosipedini nümayiş etdirib. Onun qiyməti 5850 dollardan başlayır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Audi eMTB 2.0 elektrikli dağ velosipedinin maksimal sürəti 32 km/saatdır və bir dəfə doldurmaqla 140 km-ə qədər məsafə qət edə bilir. O, alüminium çərçivəyə inteqrasiya edilmiş 720 Vt/saatlıq akkumulyatorla təchiz edilmiş, 90 Nm-ə qədər fırlanma anına malik 250 vattlıq S-MAG mühərriki ilə təchiz edilib. Dörd sürmə rejimi mövcuddur.