Noyabrın 5-də əslən azərbaycanlı olan Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
“İki sahil” xəbər verir ki, Azərbaycanın "Fəxri mədəniyyət işçisi", tanınmış həmyerlimiz yeni "Həyat davam edir" yubiley mono-tamaşasını təqdim edəcək.
Qeyd edək ki, yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirir.
Biletləri İticket.az saytından onlayn və şəhərin kassalarından əldə etmək olar.
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər