02 avqust 2023 15:45
1215

Fəxrəddin Manafov 68 yaşında...

Bu gün Azərbaycanın Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür.

“İki sahil” xəbər verir ki, Xankəndidə anadan olan sənətçi bu gün 68 yaşını qeyd edir.

Fəxrəddin Manafov 45-dən çox filmdə fərqli rollarda çəkilib. Onların içində “Park” (1983) – “Marat” obrazı, “Təhminə” (1993) – “Zaur” obrazı, “Özgə ömür” (1987) – “Tahirbəyov” obrazı, “Ölsəm… bağışla” (1989) – “Yusif” obrazı, “Hökmdarın taleyi” (2008) – “İbrahim xan” obrazı və digərləri yer alır. 

O, 1987-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb. 2006-cı ildə Fəxrəddin Manafova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməyə başlayıb.

2008-ci ildə çəkilən “Hökmdarın taleyi” filmindəki “İbrahim xan” roluna görə Manafova “Zirvə” mükafatı verilib.