07 sentyabr 2023 12:46
237

Son illər iqlim dəyişikliyi nəticəsində daşqınların, sellərin sayı çoxalıb- Kəmaləddin Heydərov

"Son illər iqlim dəyişikliyi nəticəsində daşqınların, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir".

“İki sahil” xəbər verir ki, bu fikirləri fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir: "Sadəcə fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlıqları yoxlanılıb və proses hər zaman davam edir".