Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Rəhman Məmmədovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Digər sərəncamla Naxçıvan təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra etmək nazir müavini Ovni Muradova həvalı olunub.