"Azəriqaz" da 20 sentyabr Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi də Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə qeyd olunan 20 sentyabr Neftçilər Günü - peşə bayramını hər il olduğu kimi bu il də yüksək əmək nailiyyətləri ilə qarşılayıb.
Neftçilər Günü münasibətilə İB-nin Baş direktoru Ruslan Əliyev və onun müavinləri Birlik əməkdaşları ilə görüşüblər.
Görüşdən öncə onlar Ulu Öndərin inzibati binanın girişində ucaldılmış büstü önünə əklil qoyublar. Sonra İB rəhbərliyi görüşdə iştirak edən neft-qaz sənayesi işçilərini təbrik edərək, onlara işlərində yeni uğurlar arzulayıb. Bundan başqa, Birliyin qabaqcıl işçiləri Fəxri fərmanlarla təltif ediliblər.
Elçin Zaman, «İki sahil»
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib