09 oktyabr 2023 01:24
242

Türkiyə ordusu Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında hava əməliyyatı keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Əməliyyat zamanı terrorçuların 6 obyektinin məhv edildiyi bildirilib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Qeyd olunub ki, əməliyyat zamanı günahsız dinc əhaliyə, tarix-mədəniyyət abidələrinə və ətraf mühitə zərər dəyməməsi üçün bütün ehtiyat tədbirləri görülüb.