Ötən gen keçirilən “Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) (3:1) matçından sonra qonaq komandanın 4 azarkeşi həbs edilib.
“İki sahil” xəbər verir ki, buna səbəb sözügedən şəxslərin rəqibin fanatlarının tribunasına priotexniki vasitələr atması olub.
Bildirilir ki, matç zamanı “Benfika” azarkeşləri iki dəfə rəqib azarkeşlərin tribunalarına priotexniki vasitələr atıblar. "Real Sosyedad"ın prezidenti Xoakin Aperribay klubun qanun pozuntusunu törədənləri tutmaq üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəyini deyib.
Atılan məşəllərdən birinin uşağa dəydiyi, lakin nə onun, nə də İspaniya klubunun digər azarkeşlərinin xəsarət aldığı da vurğulanır.
İstanbulda keçirilən dünya çempionatında Azərbaycan karateçiləri uğurlu nəticələr əldə ediblər
Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib
Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb