AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.
“İki sahil” xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.
30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.
Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbulda keçirilən dünya çempionatında Azərbaycan karateçiləri uğurlu nəticələr əldə ediblər
Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib
Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb