23 noyabr 2023 09:21
278

Kəlbəcərin qədim yaşayış məskənimizdir

Kəlbəcər rayonu Kiçik Qafqaz dağlarında 1800-1900 m yüksəklikdə, Şərqi Zəngəzur iqtisadi rayonunda, Qarabağ  vulkanik yaylasında yerləşir. Belə bir fikir  vardır ki, “Kəlbəcər” sözünün kökü kürd dilində “kəvli” (çayın ağzı) sözündən yaranmışır. Bəzi türk dillərində “car” sözünün mənşəyini “dərə” “yarğan” “çökəklik” təşkil edir.  “Kəlbəcər” sözünün  “dar cığır”, “uca yer” “hündür aşırım” mənasında olması fikri də söylənilir..

Kəlbəcərin qədim şəhər və yaşayış məntəqəsi olması haqqında çoxlu faktlar vardır. Bunlara qalalar, mağaralar və s.. aiddir. 

Uluxanlı qalası-orta əsrlərə aid qaladır. Nə zaman tikilib bilinmir.  Qaracallı kəndinin yaxınlığında, Tərtər çayının sağ sahilində yerləşir. El arasında Qaracallı qalası da  deyilir.Qalanın tikintisi zamanı yerli daşlardan istifadə olunub. Burada orta əsrlərə aid arxeoloji abidələr də çoxluq təşkil edir. Qala Kəlbəcərdən İstisuya gedən yolun solunda yerləşir. Kəlbəcər qədim Zəngi kəndi çoxlu sayda mağaralarla zəngindir. Kəlbəcərdə yerləşən İstisu mineral bulağı kimyəvi tərkibinə görə dünyada analoqu olmayan sudur. İstisu bulağında t 60-70 C – dən yüksəkdir.Bundan başqa rayon ərazisində Söyüdlü (zod) , Qızılbulaq  qızıl yataqları, Ağyataq, Şorbulaq civə yataqları, travertin, polimetal yatağı, Mehmanə və s.. yataqlar mövcuddur. Onlar yüksək iqtisadi əhəmiyyət kəsb edir.

Kəlbəcər rayonu Qarabağ vulkanik yaylasında yerləşdiyinə görə həm də qiymətli yay otlaqlarına malikdir. Bu da ərazidə qoyunçuluğun , arıçılığın inkişafında kömək edir.

Azərbaycanın inkişafı istiqamətində aparılan məqsədyönlü siyasi və iqtisadi fəaliyyətin, ordu quruculuğunun nəticəsi olaraq 30 ilə yaxın müddətdə  Ermənistanın işğalı altında olan ərazilərimiz işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad olunmuş ərazilərimizin inkişafı və onların ölkə iqtisadiyyatına inteqrasiyası həmçinin digər iqtisadi rayonlarda planlaşdırılma işlərinin səmərəliliyinin artrılması məqsədilə  7 iyul 2021-ci il tarixli fərman imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2022 - ci  il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə  Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Kəlbəcər rayonu yeni yaradılmış Şərq Zəngəzur iqtisadi rayonuna aiddir. Kəlbəcərdə yerləşən qızıl yataqlarının işlənməsi üçün İşlər aparılır. “Kəlbəcər-1” “Çıraq-1” “Çıraq-2” kiçik SES-ri tikilmişdir. Kəlbəcərdə yerləşən İstisu mineral bulağı əsasında sanatoriyanın və Mineral su doldurma zavodunun tikilişi  gedir. Kəlbəcər və Laçının yay otlaqlarına heyvanların dislokasiyası üçün portal modullu işlər görülür.

Müzəffər Alı Baş Komandan İlham Əliyevin Kəlbəcərə hər səfəri bu bölgənin inkişafını sürətləndirən müxtəlif tədbirlərlə və əlamətdar hadisələrlə zəngin olur.

Yaşasın Azərbaycan və onun bütövlüyünü, inkişafını  təmin edən Ali Baş Komandan!

Arifə Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Əliağa Şıxlinski küçəsi 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü