29 noyabr 2023 16:06
194

Milli Məclisin deputatları Rusiyaya gedir

Milli Məclisin deputatları Əminə Ağazadə və Sabir Hacıyev noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcəklər.

Bu barədə "İki sahil"ə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məqsəd Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etməkdir.

Səfər dekabrın 2-də başa çatacaq.