29 noyabr 2023 16:33
297

Ölkənin müxtəlif sahələrdəki gücünü qoruyub saxlaya bilən gənclər formalaşdırılmalıdır- Firudin Qurbanov

"Gələcək üçün elə gənclər formalaşdırmalıyıq ki, onlar ölkənin iqtisadi, siyasi, sosial və digər sahələrdəki gücünü qoruyub saxlaya bilsinlər".

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” movzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, uşaq ilk əvvəl uşaq ailədə formalaşır: "Bu baxımdan həmin dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək əsasən ailənin işidir. Bu gün ailədə nənə-babalara qoyulan hörmət və digər bəzi məsələlər birbaşa ailə institutuna zərbə vuran amillərdir. Bu kimi problemlərlə əlaqəli layihələr həyata keçirilir və bura valideynlər də cəlb olunur. Həmin layihələrdən biri də “Məktəblinin dostu”dur. Bu, bizə bir sıra problemlərə vaxtında müdaxilə etməyə, həmçinin adekvat addımlar atmağa kömək edib".