Skopyedə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.
“İki sahil” xəbər verir ki, bu barədə “Armenia Today” Ermənistan XİN sözçüsü Ani Badalyana istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində nazirlərin görüşü planlaşdırılmır.