04 dekabr 2023 11:07
20716

“SOS” MMC-nin əməkdaşları ahılları ziyarət etdi - FOTO/VİDEO

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmətində məskunlaşan ahıl və əlilləri ziyarət edib.

“İki sahil” xəbər verir ki, “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov ahılları salamlamış və onlara xoş arzularını çatdırmışdır.

44 günlük Vətən Müharibəsində şəhid olan Yusifzadə Ramil Adəm oğlunun anası Reyhan xanım çıxışında bu humanist və qayğıkeş münasibətə görə təşkilatçılara təşəkkürünü bildirib.

Tədbir daha sonra musiqi proqramı ilə davam etdirilib. Müğənni Elxan Qaraxanoğlu, Rəvan Zeynalov, Nahid Əhmədov və Vəsilə Məmmədova rəngarəng musiqi nömrələri ilə ahıl şəxslərin ovqatına xoş anlar bəxş edib.

Səhhətində olan problemlərlə əlaqədar tədbirdə iştirak edə bilməyən ahılları “SOS” MMC-nin rəhbəri onları otaqlarında ziyarət edib. Müəssisədə məskunlaşan hər bir ahıla “SOS” MMC-nin rəhbərliyi tərəfindən sovqat təqdim edilmişdir.

Sonda “SOS” MMC-nin direktoru Anar Məmmədov ahıl və əlillərə göstərdiyi qayğıya görə müəssisə rəhbəri Samirə Mehdiyevaya öz təşəkkürünü bildirib.