05 dekabr 2023 11:52
199

Rusiya XİN başçısı: İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirakına ümid edirik

“Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakına ümid edir”.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşündə deyib.

“Ənənəyə uyğun olaraq, bu ayın sonunda Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək, burada biz əvvəllər olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakına ümid edirik”, - o vurğulayıb.