Dekabrın 25-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Kərkük musiqi axşamı keçiriləcək.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, Kərkük musiqi axşamında kərkük xalq musiqi nümunələri, eyni zamanda müxtəlif üslublarda işlənilmiş xalq və bəstəkar mahnıları səslənəcək.
Gecədə Beynəlxalq Muğam Mərkəzinin ansamblının müşayiəti altında Əməkdar artist Toğrul Əsədullayev (kamança), Rüstəm Müslümov (tar), Rafael Əsgərov (balaban), Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Ayşən Mehdiyevə, Hüseyn Məlikov, Zümrüd Məmmədova, Məmməd Nəcəfov, Səbinə Ərəbli, Yaqut Xəlilzadə, Rəvan Qaçayev, Günay İmamverdiyeva, Nisbət Sədrayeva, Vəfa Vəzirova, ud ifaçısı İsmayıl Zülfüqarov, pianoçu Rəbiyə İmanquliyeva, “Şəms-Qəmər” kamera xoru (bədii rəhbər Leyla Zalıyeva, xormeyster Xanımana Məmmədzadə) çıxış edəcək.
Qeyd edək ki, əsrlər boyu İraq türkmənləri ilə Azərbaycan arasında səmimi bağlar olmuşdur. Bu bağlar özünü musiqidə də göstərmişdir. Təsadüfi deyil ki, ölkəmizdə “Ninnə yarım”, “Gözələ bax, gözələ” və s. kimi mahnılar dillər əzbəridir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?