Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada bildirib.
Gülbahar Şükürlü 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olaraq təhsilini orada davam etdirib.
16 yaşından qarmon sənəti ilə məşğul olan sənətçi uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova, Səkinə İsmayılova və müğənni Zöhrə Abdullayeva ilə birgə çalışıb. 1993-cü ildə Zöhrə Abdullayevanın təkidi ilə efirə çıxaraq Azərbaycan Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edib və böyük tamaşaçı kütləsinin sevgisini qazanıb.
7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO