Los-Ancelesdə 14-cü "Fəxri Oskar" mükafatlandırma mərasimi keçirilib.
"İki sahil" TASS-a istinadən xəbər verir ki, rejissor Mel Bruks, aktrisa Anjela Bassett və film redaktoru Kerol Littleton Kinematoqrafiyada Görkəmli Nailiyyətə görə "Fəxri Oskar" alıb.
Tədbir canlı yayımlanmayıb.
"Fəxri Oskar" mükafatı “kinoda görkəmli nailiyyətlərə, kino sənəti və elminin inkişafına müstəsna töhfələrə və Akademiya qarşısında görkəmli xidmətə görə” verilir. Hollivudda aktyor və ssenaristlərin tətilləri səbəbindən 14-cü "Fəxri Oskar" mərasimi 18 noyabr 2023-cü il tarixindən 9 yanvar 2024-cü il tarixinə təxirə salınıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?