Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, professor Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı solo konserti keçiriləcək.
Filarmoniyadan “İki sahil”ə verilən xəbərə görə, 21 aprel saat 19:00-da keçiriləcək gecədə sənətçi sevilən ifalarını onu sevənlərə təqdim edəcək.
Qeyd edək ki, Xalq artisti Azər Zeynalov solo konsert ilə Gəncədə ilk dəfə çıxış edəcək.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından və iticket.az saytından əldə etmək mümkündür.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO