Xalq artisti Aygün Kazımovanın bir neçə gün öncə oğurlanan rəsmi instaqram hesabı geri qaytarılıb.
“İki sahil” xəbər verir ki, artıq sözügedən səhifədə sənətçinin paylaşımları yer alır.
Qeyd edək ki, bir neçə gün öncə naməlum şəxslər tərəfindən oğurlanan 1,4 milyon izləyicisi olan səhifənin geri verilməsi üçün ifaçıdan 10 min avro tələb edilmişdi. Aygün Kazımovanın instaqram hesabını hansı formada geri qaytardığı bəlli deyil.
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO