Uşaq və gənclərin muzeylərə marağını təmin etmək məqsədilə yeni layihələr nəzərdə tutulmalıdır.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli muzey müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Nazir çıxış edərək bildirib ki, ölkədə muzey işi, muzey müəssisələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyətinin təşkili ölkə rəhbərliyi və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Muzeylərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının zərurətə çevrildiyini deyən nazir bu sahədə konkret addımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar dəqiq və davamlı təlimatlandırılmalıdırlar.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO