Xalq artisti Aygün Kazımova, hər zamankı kimi, bu il də ənənəsinə sadiq qalıb. Ölkənin əsas ulduzu ad günündə sevənlərinə sürpriz edərək, yeni klipini onların ixtiyarına verib.
“İki sahil” xəbər verir ki, "Sağ-salamat" adlanan mahnının ekran həlli türkiyəli məşhur rejissor Selim Akara həvalə olunub.
Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu).
Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb. Klipdə rəqqaslar, aktyorlar rol alıb.
Bir ay içində ikinci klipini təqdim edən müğənni ekran işində obrazdan obraza girib. Bir neçə geyimdə kamera qarşısına keçən ulduz üçün libaslar xüsusi hazırlanaraq xaricdən gətirilib. Pop diva əl işi olan taclarla görünüşünü tamamlayıb.
Çəkiliş zamanı A.Kazımova bir çox çətin səhnələri oynayıb. Qədəh üzərində uzandığı görüntülərin lentə alınması isə ifaçıya çətin anlar yaşadıb.
“Sağ-salamat” artıq dijital platformalarda da satışdadır.
BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
“Sənətimin zirvəsindəyəm” - Tünzalə Ağayeva sosial şəbəkədən gələn sualları cavablandırdı - VİDEO
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO