Fevralın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi münasibətilə aktrisanın məzarını ziyarət ediblər.
Teatrdan "İki sahil"ə bildirilib ki, ziyarət zamanı mədəniyyət nazirliyinin müşaviri Oleq Əmirbəyov, teatrın quruluşçu rejissoru Nicat Kazımov, teatrın aktrisası Əməkdar artist Şəfəq Əliyeva, eləcə də Firəngiz Şərifovanın ailə üzvləri Xalq artistinin həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun keçdiyi sənət yoluna nəzər salıblar.
Bildirilib ki, Firəngiz Şərifova 2014-cü il, fevralın 20-də 90 yaşında vəfat edib. O, 1960-cı ildən ömrünün sonunadək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə bir-birindən maraqlı, yaddaqalan rollar ifa etməklə tamaşaçıların dərin məhəbbətini qazanıb.
Teatr sənəti sahəsindəki xidmətlərinə görə aktrisa 1960-cı ildə Əməkdar artisti, 1969-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?