06 fevral 2024 18:37
515

Xumarın yeni mahnısı ölkədə birinci oldu - VİDEO

Əməkdar artist Xumar Qədimovanın yeni təqdim etdiyi "Sevdim səni" klipi daha bir rekorda imza atıb. 

“İki sahil” xəbər verir ki, müğənninin yeni işi yutubda ölkə üzrə ən çox izlənən video olaraq trenddə birinci yerə yüksəlib. Ötən gün ölkədə izləmə sırasında türk serialı "Gaddar" birinci idi. Qədimovanın klipi onu geridə qoymağı bacarıb.

"Sevdim səni" bir neçə gündə izləmə sayına görə 1 milyonu keçib.

Sözləri Xalq şairi Ramiz Rövşənə aid olan bəstənin musiqisi Xumarın özünə aiddir.