Britaniya əsilli amerikalı rejissor Kristofer Nolanın bioqrafik dramı “Oppenheimer” (2023) “Ən yaxşı film” nominasiyasında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını qazanıb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, ümumilikdə nominasiyaların sayına görə liderlik edən film namizəd olduğu 13 mükafatdan 7-ni qazanıb. Belə ki, o, Britaniya Akademiyası tərəfindən “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan aktyoru”, “Film üçün ən yaxşı musiqi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı redaktə” nominasiyalarında mükafat alıb.
Sonrakı yerdə 5 nominasiya ilə Yorqos Lantimosun “Kasıb əşyalar” filmi qərarlaşıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?