İnfluenser Aynişan Quliyeva son zamanlar hər şeyə həvəssiz olduğunu paylaşıb.

“İki sahil” xəbər verir ki, bu haqda Aynişan paylaşım edib: "Son zamanlar həvəssiz olduğumun fərqindəsiniz, yəqin. Bu sadəcə işimə deyil, hər şeyə qarşı olan yanaşmam idi. Açığı bir neçə dəfə özümü zorla həvəsə gətirməyə çalışmışam. Alınmayıb. Təxmini keçən ilin noyabr ayından bunu hiss edirdim. Heç nə məni sevindirmirdi. Günləri yola verirdim. Uzun zaman "nə baş verir" sualından sonra, anladım. Məni artıq heç nə həyəcanlandıra bilmirdi. Demək insanın həyəcanı bitəndə, ölürmüş.
A.Quliyeva tez-tez etdiyi səyahətlərinin də onun üçün maraqsız olmağa başladığını bildirib: "Və bu gün..."çamodanımı" toplamışam. Gedirəm. Yaxşıyam? Bilmirəm. Amma dibdə qalmaq istəmədiyimi anladım. Xoşuma gəlmədi. Bu səfərim istəyirəm unutduğum həyəcanımı mənə xatırlatsın".
Aynişan sözügedən paylaşımlarından sonra İtaliyaya yollanıb.
Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişi təşkil olunub - FOTO
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar