04 mart 2024 19:59
280

İsmayıllı və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb - FOTO

Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

“İki sahil” DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, növbəti tədbirlər zamanı İsmayıllı rayonunda 3, Göyçayda isə 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri ayrı-ayrı şəxslərdən aşkarlanaraq götürülüb.

Araşdırmalar davam etdirilir.